“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində bələdiyyənin inzibati binasında keçirilən növbəti görüşdə Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə, sədr müavini Nərmin Nəbiyeva, habelə bələdiyyənin bir sıra üzv və qulluqçuları yaxından iştirak ediblər.
İctimai birliyin sədri Vüqar Cəfərov görüş iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı və Yardımlı rayonlarında ikigünlük görüşlərin keçirildiyini, hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.

Vüqar Cəfərov çıxışında Siyəzən rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də xüsusilə qeyd edib.
Görüşdə Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə mövzunun aktual olduğunu birdirməklə yanaşı, bələdiyyə tərəfindən bu istiqamətdə bir ısra işlərin həyata keçirildiyini qeyd edib.
Sədr qeyd edib ki, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının şəhərin diqqətdən kənarda qalan hissəsində olan heykəlinin Siyəzən RİH-in təşəbbüsü ilə şəhərin görkəmli yerinə köçürülməsində yaxından iştirak etməsi, əvvəlkində də daha monumental postamentdə ucaldılması əslində mədəni irsinizmə olan diqqət kimi qeyd edilməlidir. Bununla yanaşı şəhərdə tarix-diyarşünaslıq muzeyi üçün ayrılan inzibati binada təmir bərpa işlərinə bələdiyyənin də dəstək göstərməsi bələdiyyənin şəhərin maddi mədəni irsinin mühafizəsi və qorunmasında göstərdiyi xidmət də sayıla bilər.

Ancaq bu gün Siyəzən rayonunda formalaşan hər bir bələdiyyənin maddı-mədəni irs nümunələrinin qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalıdır.
Bu gün Həmyə bələdiyyəsinin inzibati ərazisində düşən “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun mühafizəsində öz töhfəsini verməyə maraqlıdır. Qeyd edək ki “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkıə başçısının müvafiq sərəncamı ilə 2020-ci ilin iyunun 8 -də yaradılıb.
Siyəzən bələdiyyəsinin sədri müavini Nərmin Nəbiyeva müzakirə edilən mövzunun aktual olduğunu dilə gətirib. Sədr müavini bugünədək gənclərin və könüllülərin iştirakı ilə bir sıra layihələrin icra edildiyi və maddi-mədəni irsin qorunması və mühafizəsi ilə bağlı bələdiyyə tərədindən layihə hazırlandığını da qeyd edib. Bu gün Siyəzən bələdiyyəsi var gücü ilə büdcə gəlirlərini artırmağa çalışır ki, nəəzərdə tutulan hər bir layihənin icrasını həyata keçirə bilsin.
Sədr müavini qeyd edib ki, özündə qədim tariximizin nümunələri olan maddi-mədəni irs nümunələrinin olduğu kimi gənc nəslə çatdırmasında hər birimiz öz töhfəmizi verməliyik.
Görüşdə həmçinin mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İkigünlüik səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış keçirilmiş, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ziyarət olunmuşdur.
Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər Şabran Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.