
Parlamentari: Hər səhifəsi qürurverici nailiyyətlərlə zəngindir
08:23 07.02.2025
Ölkə
562
Növbədənkənar prezident seçkiləri Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu
"Geridə qoyduğumuz 2024-cü il Azərbaycanın tarixində əlamətdar hadisələr dövrü kimi yadda qaldı. Ötən ilin əsas siyasi hadisəsi isə fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçki bir daha xalqımızın Prezident İlham Əliyevə olan etimadının, Heydər Əliyev ideyalarına olan inamının təcəssümünə çevrildi. Seçicilərin 92,12 faizi öz səsini cənab İlham Əliyevə verdi".
Bu sözləri “Sherg,az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputatın sözlərinə görə, növbədənkənar prezident seçkiləri həm də Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu:

“Hansı ki, bu hesabatın hər bir səhifəsi qürurverici nailiyyətlərlə zəngindir. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılanən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.
Növbədənkənar seçkilərdə xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyev siyasi kursuna növbəti dəfə etimad göstərdi. Çünki bu siyasi kurs güclü Azərbaycan, qüdrətli dövlətçilik və qalib xalq deməkdir”.
S.Salmanova qeyd edib ki, seçkilərdəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan əsas vəzifələrin nədən ibarət olduğunu diqqətə çatdırıb:
“Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da gücləndirilməsi, sərhədlərimizin etibarlı müdafiəsinin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi, bərpaolunan enerjiyə keçid, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi yeni dövr üçün Azərbaycanın prioritetləridir. Ötən bir ildə respublikamızın əldə etdiyi möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin uğurla yerinə yetirildiyini göstərir. Bu dövrdə Rusiya sülhməramlılarının ərazilərimizdən çıxması, Qazaxın işğal altında olan 4 kəndinin azad edilməsi, Ermənistanla sərhədlərin delimitasiyasına başlanılması, Bakıda COP29-un keçirilməsi, Azərbaycanın D-8 təşkilatına daxil olması Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinin mühüm göstəriciləridir.
Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda və şərəfli missiyanın həyata keçirilməsində cənab İlham Əliyevə uğurlar arzu edirik”.
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol