Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsini alqışlayır
Yusif Nəzərli
10:16 24.05.2025
Ölkə
408
Qərbi Azərbaycan İcması Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakı şəhərində keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayır.
Sherg.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
“Xatırladırıq ki, İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.
İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır.
Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik.
Biz dünya dövlətlərini, BMT-ni və digər müvafiq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - deyə icmanın yaydığı bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm