
Regional bərabərlik modeli: Prezident regionlara yeni nəfəs verir
11:35 24.06.2025
Ölkə
536
"Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin təməlində bütöv Azərbaycanın hər bir bölgəsinin bərabər inkişafı, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti ölkəmizin həm iqtisadi gücünü artırır, həm də sosial bərabərliyi təmin edir".
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının Yevlax və Goranboy rayonlarına, Mingəçevir şəhərinə səfəri bu siyasətin növbəti real təzahürüdür:

“Yevlax şəhərində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Prezident, daha sonra Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə tanış oldu. Bu yol təkcə region üçün deyil, bütün ölkə üçün strateji nəqliyyat arteriyası hesab olunur. Yolun müasirləşdirilməsi logistika imkanlarının genişləndirilməsinə, tranzit potensialının daha da artırılmasına imkan verəcək. Bunun ardınca Yevlax Pilot Aqroparkının, SCADA İdarəetmə Mərkəzinin, yeni sutəmizləyici qurğunun, Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi regionda kənd təsərrüfatı, kommunal xidmətlər, idman və sosial sahələrin müasirləşməsini təmin edir. Goranboy rayonunda isə Prezident İlham Əliyev “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı zavodunun açılışında iştirak etdi. Bu müəssisə region üçün sənaye baxımından yeni bir nəfəs, əhali üçün isə əlavə məşğulluq imkanı deməkdir. Dövlətimizin başçısının iyunun 24-də isə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edib. Hesab edirəm ki, bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə də ciddi töhfə verəcək”.
Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, ölkənin bütün bölgələrində də inkişaf prosesləri paralel şəkildə həyata keçirilir:
“Bu yanaşma Prezident İlham Əliyevin ədalətli və sistemli idarəçilik modelinin təzahürüdür. Prezidentin Yevlax və Goranboy rayonlarına və Mingəçevir şəhərinə səfəri bir daha təsdiq edir ki, Azərbaycan hökuməti yalnız işğaldan azad edilmiş ərazilərin deyil, ölkənin bütün bölgələrinin inkişafını prioritet hesab edir. Ölkə başçımız da dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr digər regionların inkişafı ilə paralel və balanslı şəkildə aparılır. Bu məqsədlə Azərbaycanımızın hər yerində müasir infrastruktur yaradılır, kənd təsərrüfatı və sənaye sahələrinə investisiyalar yatırılır, yeni iş yerləri açılır. Bütün bunlar ölkəmizdə sosial-iqtisadi sabitliyə və vətəndaşımızın rifahının yüksəlməsinə şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı