Şabranda layihənin icrası başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsində Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən reallaşdırılan “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi üzrə növbəti, sonuncu tədbir zamanı Şabran rayonunun Təzəkənd kəndində 304 ədəd eldar şamı ağac tingləri əkilib.

Layihə rəhbəri Gülsənəm Əmrahovanın verdiyi məlumata əsasən meşə massivində yaşıllıqlarının bərpası məqsədilə yeni salınmış ərazidə torpaq qatı şumlanmış, çalalar qazılmış və ağalar əkilərək suvarılması işləri həyata keçirilib.

Yaşıllıq zolağında yaşıllaşdırma aksiyalarının müntəzəmliyinin təmin edilməsi və layihə çərçivəsində ərazidə həyata keçirilən tədbirin informasiya yayımlılığını gücləndirmək məqsədilə üzərində layihənin birgə donorları olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, BP-nin və icraçı birlik olan Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs

ictimai birliyinin loqoları əks olunmuş informativ lövhə-panno quraşdırılıb.