Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası yekunlaşmaq üzrədir.
QHT.az xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhərində və qəsəbələrdə əhali sağlam ailə dəyərləri barəsində biliklərini qiymətləndirmək üçün təkrar sorğu keçirilib. Sorğunun keçirilməsində məqsəd layihənin əvvəlində keçirilmiş sorğunun nəticələri ilə müqayisə edərək layihənin təsirlərini qiymətləndirməkdən ibarət olub.

Sorğu 4 nəfər ictimai birliyin könüllüləri tərəfindən keçirilib. Respiyentlərin 20 nəfəri kişi, 30 nəfəri qadın, 27 nəfəri gənclər, 23 nəfəri isə müxtəlif yaş qruplarından olan şəhər və qəsəbələrin sakinləri olublar.

Sorğu anketlərindəki sualların cavablarını araşdırdıqdan və layihənin başlanğıcında keçirilmiş ilkin sorğunun nəticələri ilə müqayisə edildikdən sonra məlum olub ki, yerli əhalinin sağlam ailə modeli barədə məlumatları kifayət qədər dəyişib.
Sorğuların nəticələrini əks etdirən cədvəlləri müqayisə edərkən müsbət dəyişikliklərin baş verdiyini müşahidə etdilib. Beləliklə layihənin uğurla icra olunduğu barədə qənaətə gəlinib.