"Sağlam ailə modelinin təşviqi" layihəsi çərçivəsində növbəti seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Şirvan Regional QHT Resurs və Təlim" ictimai birliyinin həyata keçirdiyi "Sağlam ailə modelinin təşviqi" layihəsi çərçivəsində növbəti seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi R. Nəsirov, Dövlət Sosial Müdafiə Fondunun, Sosial Xidmətlər Agentliyinin, Musiqi məktəbinin, Rəsm qalereyasının, H.Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.

Layihə rəhbəri Ə.Mirzəyev layihə, onun məqsədləri, görüləcək işlər və s. barədə məlumat verib. Təqdimat iştirakçılara videoformatda çatdırılıb.

Müzakirələrə qoşulan tədbir iştirakçıları ailə dəyərlərinə mənfi təsir göstərən televiziya və digər kütləvi informasiya vasitələrində gedən tok-şoular, sosial şəbəkələrdə təbliğ olunan qeyri etik çıxışlar, boşanmalarla bağlı qanunların çox sadə olması və s. barədə fikirlərini bildiriblər.

Çay süfrəsi arxasında müzakirələr davam edib.