“Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə iş” layihəsinin hazırlıq mərhələsi davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə iş” layihəsinin hazırlıq mərhələsi davam edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində ehtiyacların qiymətləndirilməsi, fəaliyyət planının hazırlanması və reabilitasiya proqramının təşkili istiqamətində işlər aparılır. Eyni zamanda, layihənin daha səmərəli və koordinasiyalı şəkildə icrasını təmin etmək məqsədilə tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələri qurulur, əməkdaşlıq müqavilələrinin hazırlanması və imzalanması prosesi davam etdirilir.

Layihənin əsas məqsədi şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının psixoloji, sosial və emosional rifahına dəstək göstərmək, onların ehtiyaclarına uyğun reabilitasiya və dəstək imkanları yaratmaqdır.

Layihə birgə əməkdaşlıq və ortaq fəaliyyət sayəsində daha dayanıqlı, faydalı və uzunmüddətli nəticələrin əldə olunmasını hədəfləyir.