Tarixi məscidlə bağlı Milli Məclisə müraciət edildi
Yusif Nəzərli
17:16 11.04.2025
Ölkə
478
Tarixçi alim Elnur Nəciyev Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin dağılma təhlükəsindən xilası üçün Milli Məclisin 3 komitəsinə - Mədəniyyət, Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinə məktub ünvanlayıb.
Modern.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli millət vəkilləri!
Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri və Alban irsinin daşıyıcılarının yaşadığı Qrız kəndi (Quba) tariximizin müxtəlif dövrlərinə şahidlik edən tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də ərəb sərkərdəsi Əbu Müslüm Xorasaninin (718-755) adını daşıyan məsciddir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
Kənd ağsaqqalı Şıxbaba Xanbaba oğlu Mehdiyevdən aldığım məlumata görə, Qubanın Qrız kəndindəki Əbu Müslüm məscidinin tikilmə tarixi hicri 131, yəni miladi 748/749-cu ilə aiddir.
Bu məscidi Qubanın Cek və Xınalıq kəndlərindəki Əbu Müslüm məscidlərindən fərqləndirən və onu Azərbaycanın ən qədim məscidlərindən birinə çevirən bir neçə mühüm əsas var. Əbu Müslüm xorasanlı idi və bu gün Qrızda Xoraşenlilər (yəni Xorasanlılar) adı ilə tanınan bir nəsil var. Qrızda Sifilər (Sufilər), Səfilər, Dövrüşlər (Dərvişlər) kimi nəsillərin də yaşaması bu kəndin tarixi əhəmiyyətinin ən mühüm göstəricilərindən biridir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Əbu Müslüm məscidinin qarşısında tanıtım lövhəsi qoyulsa da, çox təəssüf ki, məscidin sadəcə divarları qalıb və dirəkləri isə uçub. Buna görə də tarixi məscidin bərpasına çox gərək var. Məscidin nəfis naxışlarla bəzədilmiş taxtaları isə kəndin ərazisi boyunca səpələnib.
Məscidin son durumu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, eləcə də arxeoloqlarımıza və tarixçilərimizə müraciət edilib. Bu məsələnin ictimailəşdirilməsində bizə dəstək olan dəyərli dostlara dərin təşəkkür edirik!
Hörmətli millət vəkilləri, Sizdən rica edirik ki, bu məscidin bərpa məsələsini diqqətdə saxlayasınız.
Gəlin, tariximizə sahib çıxaq və VIII əsrin yadigarı olan məscidimizi gələcək nəsillər də görsün, bilsin və dünyaya təqdim etsinlər!”
Oxşar xəbərlər
“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində təlimlər davam edir
15:36 09.07.2026
Nicat Səmədzadə: “Bələdiyyə olaraq Siyəzən rayonunda maddi-mədəni irsimizin qorunmasına öz töhfəmizi veririk”
12:38 09.07.2026
Xəbər lenti
Hamısına bax
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə
Rusiya XİN-dən Ukrayna və NATO ilə bağlı sərt açıqlamalar
10:54 10.07.2026
Dünya
Türkiyənin F-35 proqramına qayıdışı Afinada narahatlıq yaradıb
10:25 10.07.2026
Dünya
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm