Vüqar Tofiqli: Bu gündən bələdiyyə sisteminin yeni dövrü başlayır
Yusif Nəzərli
11:18 29.01.2025
Ölkə
581
Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar saat 08:00-dan başlayan səsvermə prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının saat 12:00-a açıqladığı məlumata görə, ölkə üzrə seçici fəallığı 17,11 faiz təşkil edir. Bu saata qədər respublika üzrə 1 milyon 20 min 231 nəfər səs verib.
69 saylı Biləsuvar seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub. Belə ki, bu seçki dairəsində 53 min 660 seçicidən 13 min 17 nəfəri (24,26 faiz) səsvermədə iştirak edib.
Ümumiyyətlə, seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Seçicilərin azad və sərbəst səs verməsi üçün zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Səsvermə saat 19:00-da başa çatacaq.
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a bildirib ki, bu gündən etibarən bələdiyyə sisteminin yeni dövrünün başlanması kimi hesab etmək olar:
"Artıq 685 bələdiyyə formalaşdırılır və 8071 nəfər üzv seçiləcək. İndiyə qədər həm bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar, o cümlədən son dövrdə qanunvericilikdə qəbul edilən aktlar dövlətin bu sahənin inkişafında maraqlı olmasından xəbər verir. Belə bir məqamda seçicilərin üzərinə müəyyən məsuliyyət yükü düşür. Yəni seçici olaraq seçki məntəqəsinə gedərək layiqli, işgüzar və bacarıqlı namizədə səs verməliyik. Bununla da nümunəvi bələdiyyənin formalaşmasında və seçici olaraq perspektivdə üzləşdiyimiz problemlərin həllində yaxından iştirak etmiş olarıq. Eyni zamanda səhər saatlarından başlayaraq səsvermə uğurla davam edir".
Ekspert əlavə edib ki, seçici aktivliyinin əvvəlki illərə nisbətən daha fəal olacağı gözlənilir:
"Həm seçkinin təşkili prosesi, həm kameraların quraşdırılması və digər texniki məsələlər tam şəkildə icra olunub. Məhz günün sonuna kimi bu cür davam edəcəyini gözləmək olar".
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol