İcmadan BƏYANAT - "Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı..."
Ayyət Əhməd
14:23 20.12.2019
Qarabağ
539
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb. İcmadan daxil olan bəyanatda deyilir: “Dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.
Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir.
Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib.
Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar.
Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruçuluq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər.
O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya