Zakir Həsənov: "Yerevan münaqişənin həlli üzrə danışıqları qəsdən yubadır"
Ayyət Əhməd
07:12 06.11.2019
Qarabağ
701
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.
Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil