Türkiyə 2027-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak məlumat yayıb.
Bildirilib ki, 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunları üçün AOK ilə Gənclər və İdman Nazirliyi arasında ev sahibi ölkə sazişi imzalanıb.