
İran Pakistan və Hindistan arasındakı konfliktlə bağlı alternativ təklif edəcək -ŞƏRH
11:52 05.05.2025
Dünya
430
İranın xarici işlər naziri Abbas Arakçı mayın 5-i Pakistana, ardınca isə Hindistana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb. Onun sözlərinə görə, Arakçının planlaşdırılan səfəri qonşu ölkələrlə müntəzəm məsləhətləşmələrin bir hissəsidir. Mətbuat katibi bildirib ki, səfər zamanı xarici işlər naziri Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələri, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək. O əlavə edib ki, Abbas Arakçı həftənin sonunda Hindistana rəsmi səfərə gedəcək. Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik yaşandığı məqamda Arakçının səfəri diqqət çəkib.
Politoloq Kazım Kazımov Sherg.az-a vurğulayıb ki, Araqçının səfərinin əsas məqsədi Pakistan və Hindistan arasındakı son konfliktlə bağlı hansısa alternativ təklif etməkdir:

“Həçminin İranın vasitəçiliyi ilə tərəflərin razılığa gəlməsini həyata keçirməkdir. İranın buna nail ola biləcəyi isə çətin görsənir. Çünki son problemlərlə bağlı müəyyən irəliləyiş ola bilər, lakin təməl razılığın olmasında İranın ciddi rol oynayacağını düşünmürəm. Hazırki proses 1947-ci ildən indiyə qədər davam edən Kəşmir probleminin yansımalarıdır. Digər tərəfdən isə İranın Pakistan və Hindistanla ayrı-ayrılıqda bir çox fikir ayrılıqları mövcuddur. Keçən il Pakistanla İran arasında sərhəd doqquşmaları yaşanmışdı. Tərəflər biri-birlərinə ballistik raket atmışdılar. Hər iki tərəf Cundullah terrorist qruplaşmasına qarşı belə addım atdıqlarını söyləsələr də, İslamabad və Tehranın özünə meydan oxunmuşdu. Hindistanı son dövrlər Amerikayla yaxınlaşmağı və İranın müttəfiqi olan Çinlə Dehli arasında gərginliyin yaşanması Tehran üçün də suallar doğurur. O cümlədən “Baharat yolu” G20 ölkələri tərəfindən təsdiqləndi və Hindistandan Qərbə doğru yol açıldı. İran isə bu proyeksiyada yer almağa çalışır. Tehran İranın Fars körfəzində və Hind okeanına çıxışındakı limanlarından aktiv şəkildə istifadə edilməsini istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya