Bakıda nazirlik əməkdaşı küçədə yatdı - Məxfi sənədlər oğurlandı
14:36 20.10.2025
Hadisə
314
Bakıda spirtli içki qəbul etdikdən sonra Fəvvarələr meydanında oturacaqda yatan Maliyyə Nazirliyinin mühasibi Ənvər Talıbovun (ad-soyad şərtidir) başına iş gəlib.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, onun yatmasından istifadə edən 1988-ci il təvəllüdlü Kamran Qasımov (ad-soyad şərtidir) mühasibin cibindən 3000 manat dəyərində olan “Ayfon 14 Pro Maks" markalı telefonu, şalvarın sağ arxa cibində yerləşən pul kisəsindən isə 100 manat pulunu gizli olaraq talayıb.
Ötən ilin iyulun 14-də baş verən oğurluq hadisəsinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhər saat 6 radələrində telefonu yerdən götürüb. O, pul qabında yalnız sənədlərin olduğunu, pulun isə olmadığını bildirib. Kamran Qasımov oğurladığı telefonu 300 manata satdığını bildirib.
Zərərçəkmiş şəxs qismində ifadə verən nazirliyin mühasibi isə telefonunda məxfi sənədlərin olduğunu, bunu itirdiyi üçün işdən töhmət aldığını bildirib. O, dəymiş ziyanın ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olub.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm