7 milyon iranlı silahlanıb - Qalibaf

Bir həftədən az müddətdə ölkəni bürüyən güclü milli kampaniya nəticəsində 7 milyon iranlı silahlanıb və millətimizin müdafiəsinə qalxmağa hazır olduqlarını bəyan ediblər.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf yazıb.

“Sizə birbaşa ürəyimdən gələn bir şeyi deyim: iranlılar sadəcə ölkələrini müdafiə etməkdən danışmırlar, biz bunun üçün qan tökürük. Bunu əvvəllər də etmişik və yenidən etməyə hazırıq”, - Qalibaf qeyd edib.