"İran İsrailin mümkün hücumuna əvvəlki müharibə dövründəkindən daha yaxşı hazırlaşıb".
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
”Raketlərimiz həm say, həm də keyfiyyət baxımından daha yaxşı vəziyyətdədir. 12 günlük müharibə zamanı çox dərs çıxardıq. Öz güclü və zəif tərəflərimizi, həmçinin israillilərin güclü və zəif tərəflərini müəyyən etdik. Bu məsələlərin hamısına diqqət yetirmişik və tam hazırıq. Əvvəlkindən daha yaxşı hazırlaşmışıq. Bu o demək deyil ki, biz müharibə istəyirik. Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazır olmaqdır”,- deyə nazir əlavə edib.