ABŞ-İran danışıqları gələn həftənin sonunda baş tuta bilər

ABŞ-İran danışıqlarının ikinci mərhələsi, çox güman ki, gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.

Məlumata görə, ABŞ danışıqlar qrupuna yenidən ABŞ vitse-prezidenti J.D.Vens rəhbərlik edəcək. Onun tərkibinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Vaşinqton administrasiyasının rəhbərinin kürəkəni, sahibkar Cared Kuşner də daxil olacaq.

İran tərəfini İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.

Kanalın mənbələrinə görə, Pakistan rəsmilərinə və təhlükəsizlik xidmətlərinə ABŞ-İran danışıqlarının növbəti mərhələsini təşkil etmək üçün lazımi tədbirləri görmək tapşırılıb.