"ABŞ-İsrail cütlüyünün İrana qarşı apardıqları hərbi əməliyyatların konkret məqsədə hələki yetişməməsi səbəbi heç də nə İran xalqının, nə də ki, Molla rejiminin göstərdiyi hər hansı qəhrəmanlığın və yaxud şücayətin nəticəsi deyil".
Sherg.az-a xəbər verir kiçm bunu istisadçı, jurnalist Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, səbəb, sadəcə olaraq, hərbi əməliyyatlara qeyri-münasib vaxtda və məntiqsiz taktikanın seçilməsi yolu ilə başlanılması deyil:
" Bununla yanaşı, İranın həm özünün ərazisi, həm yerləşdiyi çoğrafi məkanı baxımından, həm də sözügedən ölkədə 47 ildir hökm sürən rejimin də əhalinin şüurunu və düşüncə tərzini necə iflis etdiyi kimi məsələlərin və spesifik xüsusiyyətlərin nəzərə alınmamasında hesab olunmalıdır. ABŞ-nin və İsrailin istədikləri məqsədə çatmaq üçün qabaqcadan nəzərə alınmalı idi ki, quru əməliyyatlarsız iş keçməyəcək. Düzdür, bunun da bədəli az ola bilməz, lakin siyasi və hərbi liderlərin aradan götürülməsi ilə eyni vaxtda qurudan da hərəkətə başlansa idi, nəticə daha tez əldə olunacaqdı. İndi vəziyyət gəlib o yerə gəlib çatıb ki, deyir, "palçığa girmək bir ayıb, çıxmaq iki ayıb..." Odur ki, ABŞ, ya axıra, ya da axura kimi getməlidir...