ABŞ Yaxın Şərq bölgəsindəki aviasiya qruplaşmasını gücləndirmək üçün əlavə olaraq Dəniz Piyadaları Korpusuna məxsus 12 ədəd "F/A-18C/D" qırıcısından ibarət eskadrilya göndərib.
Oxu.Az bu barədə "Military Air Tracking Alliance (MATA)" resursuna istinadən xəbər verir.
Qırıcılar Azor adalarındakı (Portuqaliya) "Lajeş" aviabazasından havaya qalxıblar. "Flightradar24" aviasiya resursunun məlumatına görə, Cəbəllüttariq boğazını keçən qırıcılar hazırda ABŞ-yə məxsus səkkiz yanacaqdolduran təyyarənin müşayiəti ilə Aralıq dənizi üzərində uçurlar. Onların Yaxın Şərqdə dəqiq hansı bazada yerləşdiriləcəyi məlum deyil.
Qeyd edək ki, ABŞ-nin Yaxın Şərqdəki taktiki aviasiya qruplaşmasının tərkibində artıq 300-ə yaxın döyüş təyyarəsi var.