Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) ölkədəki səfiri Pavel Qerçinskinin son bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacağını bəyan edib.

Teleqraf Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Brüsseldə keçirilən "Gürcüstan diqqət mərkəzində" adlı fotosərgidə iştirak edən Pavel Qerçinski ölkənin səhv istiqamətdə hərəkət etdiyini bildirib.

O, Gürcüstanın öz "qaranlıq keçmişinə" deyil, Avropa yoluna qayıdacağına ümid etdiyini ifadə edib.