Almaniyanın Tehrandakı səfiri Aksel Ditmann kansler Fridrix Merzin İranla bağlı açıqlamalarından dolayı Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-in açıqlamasında deyilir.
“Görüş zamanı səfirə İran İslam Respublikası tərəfindən Almaniya rəsmilərinin müdaxiləçi və məsuliyyətsiz açıqlamalarına qarşı sərt etiraz bildirilib”, - deyə bildirilib.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz Avropa Birliyi ölkələrinə İran rəhbərliyinə təzyiqləri artırmağa çağırış etmişdi.