“Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan ölkə üçün təhdidə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş üzvü Qayana Abramyan deyib.
“Hazırda müzakirə edilməli və tələb olunmalı olan yeganə məsələ dövlət sirri daşıyıcısı olduğu üçün Anna Akopyana dövlət himayəsi və şəxsi avtomobillə təmin olunması məsələsidir. Müxtəlif ölkələrin Ermənistana qarşı çoxqatlı və hibrid hücumlarını nəzərə alsaq, o, ən yaxşı hədəf və dövlət üçün təhdidə çevrilə bilər”, - o bildirib.
Xatırladaq ki, Anna Akopyan bundan öncə Nikol Paşinyanla evliliyinin bitdiyini açıqlayıb. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bəyan edib.