Bu gün Livanda Hizbullah ilə İsrail arasında atəşkəs rejimi elan ediləcək.
Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, ötən gün Livan və İsrail rəsmiləri arasında ABŞ-da danışıqlar keçirilib. Danışıqların nəticəsi olaraq, tərəflər Hizbullahın tam şəkildə tərk-silah edilməsi barədə razılıq əldə ediblər.