28 noyabrda cümə namazından sonra Özbəkistandakı bütün məscidlərdə əl-istisqa (yağış duası) adlı kollektiv namaz qılınacaq.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Müsəlmanlar İdarəsi məlumat yayıb.
Məlumata görə, bu, payızın yağışsız keçməsi, yaxın günlərdə yağıntı gözlənilməməsi ilə bağlıdır. Bundan əlavə, rayon və şəhərlərin mərkəzi məscidlərində, eləcə də ziyarətgahlarda qurban kəsiləcək, ətlər isə ehtiyacı olan ailələrə, yetimlərə və tənha insanlara paylanacaq.