Bütün İran ərazisinə intensiv hava zərbələri endirilir

İranın cənub-qərbindəki Mahşəhr şəhərində yerləşən neft-kimya zavodu havadan zərbəyə məruz qalıb.

Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadən xəbər verir.

Təfərrüat açıqlanmır, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bununla yanaşı, "PressTV" telekanalı İsrail və ABŞ-nin ölkənin mərkəzi hissəsində yerləşən Ərak şəhərindəki alüminium zavoduna zərbə endirdiyi barədə məlumat yayıb, lakin əlavə məlumat təqdim etməyib.

Hazırda bütün İran ərazisində genişmiqyaslı hava hücumlarının həyata keçirildiyi qeyd edilir.