“ABŞ-nin İranın liman və sahillərini mühasirəyə alması, həmçinin Hörmüz körfəzində ticarət gəmimizə hücum etməsi atəşkəsin pozulması və müharibə cinayətidir, bu düşmənçiliyə mütləq cavab verəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib.
“Düşmənin hücumları yenidən başlama ehtimalı qətiyyən az deyil, yüz faiz hazır olmalıyıq. Məqsədləri olan və müəyyən cəhdlər göstərmiş düşmən öz hərəkətlərindən əl çəkməyəcək”, - o bildirib.