İran və Oman Hörmüz boğazından keçid prosedurlarının hazırlanması ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib.
Onun sözlərinə görə, iki ölkə qonşu dövlətlər kimi Hörmüz boğazından keçid üçün yeni mexanizmin formalaşdırılması istiqamətində əməkdaşlıq edir.
Baqiri qeyd edib ki, tərəflər yeni sistem tam razılaşdırılana qədər birgə məsləhətləşmələri davam etdirirlər.