İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Wall Street Journal”ın danışıqlarla bağlı yaydığı xəbəri təkzib edib.
APA xəbər verir ki, Əli Laricani “X” hesabında İranın ABŞ-la heç bir danışıq aparmayacağını yazıb.
Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.
***
08:32
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a nüvə proqramı ilə bağlı danışıqların bərpasını təklif edib.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təklif Oman vasitəsilə Vaşinqtona çatdırılıb.