İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneini ölkənin yeni ali lideri seçilməsi münasibətilə təbrik edib və İran diplomatları adından ona sədaqət andı içib.
Teleqraf xəbər verir ki, bu barədə İran XİN rəhbərinin müraciəti nazirliyin rəsmi saytında dərc olunub.
Əraqçi bildirib ki, hazırkı təhlükəli şəraitdə yeni ali liderin seçilməsi ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına zəmanət verir, həmçinin milli birliyi möhkəmləndirir.
Nazir öz adından və İslam Respublikasının bütün diplomatik nümayəndələri adından ölkənin üçüncü ali liderinə sədaqətini ifadə edib. O, həmçinin İran xalqının hüquqlarını müdafiə etməkdən və ölkənin milli maraqlarını beynəlxalq arenada irəli aparmaqdan bir an belə geri çəkilməyəcəklərinə söz verib.