Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır

İran yüksək səviyyədə zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır, lakin yalnız öz ərazisində.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Uranın yüksək dərəcədə zənginləşdirilməsi, yəni 60 %-ə qədər olan nisbətlə bağlı mövqeyimiz həmişə belə olub ki, əgər onlar istəsələr, onu yalnız İran ərazisində zəiflətmək olar", - o, dövlət televiziyasının efirində bildirib.

Əraqçi daha əvvəl də İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin ABŞ ilə 60 gün davam edəcək danışıqların ikinci mərhələsində qaldırılacağını bildirib.