Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf xəbər verir ki, ona İrandan Türkiyəyə raket hücumlarına dair Ankaradan edilən xəbərdarlıqlar barədə də sual ünvanlanıb.
Jurnalistin “İran mesajı aldımı” sualına Prezident Ərdoğan “İnşallah” cavabını verib.