"İsrail hökuməti müharibəyə son qoymaq üçün edilən bütün cəhdlərin qarşısını almağa davam edir. Əl-Əqsa məscidini bağlamaqla və fələstinli məhbuslara ölüm hökmü tətbiq etməklə İsrail Livan və Suriyadakı gərginlikdən qidalanan bir ölkə olduğunu təsdiqləyir".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, 28 fevralda başlayan müharibə regionda sülh və sabitliyi təhlükə altında qoyur.