Ərdoğan və Orban İstanbulda görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı rəsmi mərasimlə qarşılayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, ikili görüşdən sonra heyətlərarası görüş keçiriləcək.

Bu gün Macarıstan və Türkiyə arasında 16 razılaşmanın imzalanması gözlənilir.