Ərdoğanı “edamla” hədələyən Furkan Bölükbaşı saxlanıldı

İstanbul Anadolu Baş Prokurorluğu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “edamla” hədələyən Furkan Bölükbaşı barədə “Prezidentə sui-qəsd və fiziki hücum” maddəsi ilə həbs qərarı verib. Sosial mediada paylaşımları ilə tanınan Bölükbaşı artıq saxlanılıb.

Sherg.az xəbər verir ki, Prokurorluq, araşdırmanın Türkiyə Cinayət Məcəlləsinin 310-cu maddəsi - “Prezidentə sui-qəsd və hücum” əsasında başladıldığını açıqlayıb.

Soruşturmanın səbəbi Bölükbaşının Prezident Ərdoğanla bağlı sosial şəbəkədə etdiyi paylaşım olub. Baş Prokurorluqdan verilən açıqlamada “maddi həqiqətin müəyyənləşdirilməsi üçün istintaqın diqqətlə davam etdiyi” bildirilib.

Furkan Bölükbaşı əvvəllər də Mustafa Kamal Atatürkə və dövlət rəmzlərinə qarşı təhqiramiz paylaşımlarına görə dəfələrlə məhkəmə qarşısına çıxarılmış, bəzi hallarda “yaxşı hal endirimi” ilə azadlığa buraxılmışdı.

Qeyd edək ki, TCK-nın 310-cu maddəsinə əsasən Prezidentə qarşı fiziki hücum və ya sui-qəsd cəhdinə görə verilən cəza ən azı 5 ildən başlayır və artırılmış qaydada tətbiq olunur.