Erməni kilsəsi üfunətlidir, müharibəni qızışdırır, terrorçuları bəsləyir - Melkonyan

“Bəzi erməni kilsələri siyasiləşdirilib, müxalifətə xidmət edir”.

Teleqraf xəbər verir ki, bunu erməni keşiş Armen Melkonyan yerli KİV-ə deyib.

O hesab edir ki, həbs edilən arxiyepiskop Baqrat Qalstanyanın da öz toplantılarını İrəvanda kilsədə təşkil etməsi təsadüfi deyildi.

“Bəzi din adamları xalq arasında nifrət toxumu səpir, onu zəhərləyirlər. Baş nazir Nikol Paşinyan insanların gözlərini açmağa çalışır. Xalqımızın bir hissəsi onun dürüstlüyü qiymətləndirmir. Baş nazir kilsə rejiminin işləmədiyini, üfunətli olduğunu göstərir. Baş nazir onların boğazlarında sümüyə çevrilib, uda bilmirlər, bu insanlar terrorçudur, müharibəni qızışdırmaq istəyirlər. Keşişlə keçmiş hakimiyyətlərin dövründə iqtidarda olanların qarşısında baş əyir, az qala ayaqqabılarını silirdilər.

Fikrimcə, yalnız II Qareginin dəyişdirilməsi problemi həll etməyəcək, bütün erməni kilsələri dəyişdirilməlidir”, - Melkonyan vurğulayıb.