Ermənistanda parlament seçkilərinin vaxtı rəsmən açıqlanıb

Ermənistanda parlament seçkilərinin vaxtı rəsmən açıqlanıb.

APA “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Ermənistan parlamentinə növbəti seçkilər 7 iyun 2026-cı ildə keçiriləcək.