Passport Index-in 2026-cı il üçün açıqladığı məlumata görə, Gürcüstan dünyada ən güclü pasportlar siyahısında 33-cü yeri tutub.
24News.ge xəbər verir ki, reytinqə əsasən, Gürcüstan vətəndaşları ümumilikdə 133 ölkəyə vizasız və ya sadələşdirilmiş qaydada səyahət edə bilirlər.
Məlumata görə, bu ölkələrdən 79-na tam vizasız giriş mümkündür. Daha 50 ölkədə viza birbaşa hava limanında verilir, 4 ölkə üçün isə əvvəlcədən elektron icazə tələb olunur. Gürcüstan vətəndaşlarının 65 ölkəyə səfəri zamanı isə viza almaları zəruridir. Bu ölkələr arasında ABŞ və Yaponiya da yer alır.
Qeyd edək ki, Gürcüstan 2023–2024-cü illərdə Passport Index reytinqində 135 ölkəyə vizasız giriş imkanı ilə 32-ci pillədə qərarlaşmışdı. 2022-ci ildə ölkə 34-cü, 2021-ci ildə isə 35-ci yerdə olub.