Gürcüstanda ali təhsil müəssisələrində təhsil müddəti azaldılıb.
Axar.az xəbər verir ki, bu barədə ölkə parlamenti qərar qəbul edib.
Qərara əsasən, bakalavr dərəcəsi almaq üçün ali məktəblərdə təhsil müddəti dörd il əvəzinə üç il, magistr dərəcəsi almaq üçün isə iki il əvəzinə bir il olacaq.
Həmçinin Gürcüstan vətəndaşları dövlət universitetlərində bakalavr və magistratura səviyyəsində pulsuz təhsil alacaqlar.