Son günlərdə Gürcüstanda 78 nəfər qeyri-qanuni miqrant saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Azərbaycan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, CAR, Ermənistan, Qırğızıstan və Çin vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya olunub.
Yerli qanunvericiliyə uyğun olaraq, əcnəbilərin Gürcüstana girişi qadağan edilib.