"Türkiyə Ukrayna üzrə sülh danışıqlarının təşkilinə hazırdır".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Brüsseldə keçirilən xarici işlər nazirlərinin toplantısından sonra verdiyi açıqlamada bildirib.
Nazir deyib ki, Ankara Ukrayna–Rusiya münaqişəsinin diplomatik yolla həllində birbaşa vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır:
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Avropa liderləri və Prezident Vladimir Putinlə mütəmadi təmasdadır. Türkiyə olaraq bir daha bəyan etdik ki, sülh danışıqlarının təşkilində ev sahibi və təşəbbüskar kimi çıxış etmək istəyirik. Rusiya bu məsələyə müsbət yanaşır. Düşünürəm ki, yaxın zamanda Ukrayna tərəfi də bu mövqeyə müsbət reaksiya verəcək”, – Fidan bildirib.