Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi

Şiə Hizbullah hərəkatının bölmələri Qərbi Qalileyada İsrailin hərbi hədəflərinə dronlarla zərbələr endirib.

Teleqraf xəbər verir ki, hərəkatın Telegram kanalında dərc olunan açıqlamasına görə, kamikadze dronlar Avivim, Doviv, Yiftah və Zarit yaşayış məntəqələrindəki ordu kazarmalarına hücum edib.

"İslam müqavimət döyüşçüləri Karmieldəki paraşütçü briqadası düşərgəsinə və Tiberias şəhərinin şimalındakı Kfar Amiaddakı hərbi logistika bazasına hücum etmək üçün dronlarından istifadə edib. Bu əməliyyatlar İsrailin atəşkəs razılaşmasını yerinə yetirməməsinə və Livana qarşı davam edən aqressiv hücumlarına cavab olaraq həyata keçirilib" - məlumatda qeyd olunur.