İran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edib

İran ABŞ və İsraillə münaqişə fonunda göstərilən həmrəyliyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində açıqlama yayıb.

Onun sözlərinə görə, İran xalqı bütün dünyada, o cümlədən Azərbaycanda, həmçinin Yaxın Şərq, Asiya, Avropa və Amerika ölkələrində milyonlarla insanın göstərdiyi dəstəyi "heç vaxt unutmayacaq".