İran dövlət televiziyasına açıqlama verən hökumət sözçüsü Fatemeh Mohajerani bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində 206 qadın və uşaq həyatını itirib. Onun sözlərinə görə, ölənlər arasında ən kiçiyi 8 aylıq körpə olub.
Sherg.az xəbər verir ki, hökumət sözçüsü hücumlar zamanı səhiyyə infrastrukturunun da ciddi zərər gördüyünü qeyd edib. Bildirilib ki, 52 tibb mərkəzi, 29 müalicə bölməsi, 19 təcili yardım şöbəsi və 16 təcili yardım avtomobili hədəfə alınıb.
Məlumata görə, hücumlar nəticəsində 11 tibb işçisi də həyatını itirib.
Xatırladaq ki, Israil və ABŞ fevralın 28-də Iran ərazisinə hərbi hücumlara başlayıb. İran isə buna cavab olaraq bölgədə ABŞ hərbi bazalarının yerləşdiyi bəzi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.