İran Hörmüzdən keçən gəmilərə rüsum tətbiq etmək planını təsdiqləyib

İran parlamenti Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək planını təsdiqləyib.

APA xəbər verir ki, İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi boğazda gəmiçiliyin tənzimlənməsi planını təsdiqləyib.

Komitə ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin boğazdan keçməsinə qadağa qoyub.

Planda rüsumların İran rialı ilə ödənilməsi nəzərdə tutulur.