İran nümayəndəsi: Hörmüz boğazı yalnız düşmən gəmiləri üçün bağlıdır

İran Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində Beynəlxalq Dəniz Təşkilatı (BDT) ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın sözügedən təşkilatdakı nümayəndəsi Əli Musəvi bildirib.

Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıqdır, lakin burada müəyyən istisnalar mövcuddur:

"Hörmüz boğazı İranın düşmənləri ilə əlaqəli olan gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır. Lakin boğazdan təhlükəsiz keçid yalnız Tehranla müvafiq təhlükəsizlik tədbirlərinin koordinasiya edilməsi şərti ilə mümkündür".

İranlı diplomat regionda yaranmış mürəkkəb vəziyyətə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan hazırkı böhranın əsas səbəbi məhz bu iki ölkənin həyata keçirdiyi hərbi hücumlardır.