İran parlamentinin sədri: "ABŞ İranın sülh təklifinin üç bəndini pozub"

"ABŞ danışıqlar başlamazdan əvvəl İranın 10 bəndlik təklifinin üç əsas bəndini artıq pozub".

Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" platformasında yazıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranın 10 bəndlik təklifini danışıqlar üçün işlək baza adlandırıb. Lakin Qalibaf qeyd edib ki, üç bənd artıq pozulub - Livanda atəşkəs rejiminə əməl edilməməsi, Lar şəhərində İranın hava məkanına PUA-nın daxil olması və Tehranın uran zənginləşdirmə hüququnun inkar edilməsi.

Qalibaf əkavə edib ki, belə şəraitdə ikitərəfli atəşkəs və ya danışıqlar mənasızdır.