İran Prezidenti xalqa müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian ölkədə baş verən kütləvi etirazlardan sonra vətəndaşlara yaraların sağaldılmasına çalışmaq çağırışı edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Fəcr film festivalındakı çıxışında bildirib.

“Bunlar ağrılı yaralardır, amma onları dərinləşdirmək yox, sağaltmaq lazımdır ki, yoluxucu olmasın”, - Məsud Pezeşkian deyib.

İran Prezidenti əlavə edib ki, indi davamlı mübahisə etmək və ölkəni xarici düşmənlərin ixtiyarına buraxmaq yerinə, irəli baxmaq və barışmaq lazımdır.

Bəzi sənətçilər və mükafatçılar mərasimi etiraz aksiyalarında həlak olanlarla həmrəylik üçün boykot ediblər. İranın rəsmi statistikasına görə, keçən ilin dekabr ayının sonu - bu ilin yanvar ayının əvvəlini əhatə edən hadisələr zamanı 3,000-dən çox insan həlak olub. “Time” və sair Qərb mənbələri isə 30 mindən çox rəqəmdən bəhs edirlər.