İran hakimiyyəti son etirazlarda iştirak edənlərə qarşı yumşaq davranmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə dövlət televiziyasında İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin deyib.
Rəsmi şəxsin sözlərinə görə, İranın müxalifləri açıq şəkildə üsyançıları dəstəkləyir. Buna görə də hakimiyyət üsyançıların bəhanələrini və üzrlərini qəbul etməyəcək.
Qeyd edək ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Bu etirazlar göz yaşartıcı qaz və pnevmatik silahlardan istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.