İranın Kohgiluyə və Boyerəhməd əyalətinin Kəcsaran şəhərində polis zabiti Peyman Abbasi güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Onun naməlum silahlı şəxslərin hücumu nəticəsində həlak olduğu bildirilib.
İran hökumətinə müxalif media isə Peyman Abbasinin repressiyalarda xüsusi qəddarlıq göstərdiyinə görə cəzalandırıldığını yazıb.